Bakı. 6 yanvar. REPORT.AZ/ Ebola virusundan ölənlərin sayı 8 min 153 nəfərə çatıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
ÜST-nin məlumatına görə, Ebolaya yoluxanların sayı 20 min 656 nəfərə çatıb.
Ən çox yoluxma halı əvvəlki kimi Syerra-Leonedə qeydə alınıb.