​Dünyanın 7 dövləti Rusiyanı İŞİD-in mövqelərini vurmağa çağırıb

​Dünyanın 7 dövləti Rusiyanı İŞİD-in mövqelərini vurmağa çağırıb "Rusiyanın Suriyaya hərbi qüvvə cəmləməsindən narahatıq"
Digər ölkələr
2 Oktyabr , 2015 09:53
​Dünyanın 7 dövləti Rusiyanı İŞİD-in mövqelərini vurmağa çağırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyə, ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq, Rusiyanı Suriya müxalifətinə və mülki vətəndaşlarına yönəlmiş hücumlara dərhal son verməyə, Moskvanı İŞİD-ə qarşı mübarizə aparmağa çağırıblar.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yeddi dövlətin yaydığı birgə bəyanatda deyilir: "ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər, Səudiyyə Ərəbistan və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi əməliyyatları haqqında aşağıdakıları xüsusi ilə bəyan edirik:

Rusiya Federasiyasının Suriyaya hərbi qüvvə cəmləməsindən, özəlliklə Hərbi Hava Qüvvələrinin dünəndən başlayaraq Hama, Humus və İdlibdə mülki vətəndaşların ölümünə səbəb olan və İŞİD-i hədəfə almayan hücumlarından narahatıq.

Gərginliyin artmasına səbəb olan bu hərbi fəaliyyət ekstremizmin və radikallaşmanın daha da güclənməsindən, münaqişənin körüklənməsindən başqa heç nəyə xidmət etməyəcək".

Qeyd edək ki, Rusiya tərəfi Suriyada İŞİD-in komandanlıq məntəqəsinə zərbələr endirdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi