Dünyada qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət açıqlanıb

Dünyada qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət açıqlanıb Norveç Qaçqınlar Şurası (NRC) müvafiq hesabat dərc edib
Digər ölkələr
22 May , 2017 12:25
Dünyada qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət açıqlanıb

Bakı. 22 may. REPORT.AZ/ 2016-cı ildə hərbi münaqişələr və təbii fəlakətlər səbəbi ilə evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 31,1 milyon nəfər olub.

"Report" xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurasının (NRC) yeni hesabatında deyilir.

Təxminən 922 min nəfər Konqo Demokratik Respublikasındakı hərbi münaqişə ilə əlaqədar evlərindən ayrılmaq məcburiyyətində qalıb. Suriyadan 824 min nəfər qaçıb. Bu siyahıda üçlüyü 659 min məcburi köçkünlə İraq tamamlayır. Sonrakı pillələrdə Əfqanıstan (653 min nəfər), Nigeriya (501 min nəfər) və Yəmən (478 min nəfər) qərarlaşıb.

Hərbi münaqişələr səbəbi ilə doğma ev-eşiyindən uzaq düşən 6,9 milyon nəfərdən 2,6 milyonu Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində yaşayır.

Eyni zamanda, hesabata görə, hərbi münaqişələrlə müqayisədə təbii fəlakətə görə evlərini tərk etmək məcburiyyətində qalanların sayı 3 dəfə çoxdur.

Hesabat müəlliflərinin proqnozlarına görə, iqlim dəyişikliyi səbəbi ilə köçkünlərin sayı gələcəkdə yalnız artacaq.

NRC rəhbəri Yan Egelannın sözlərinə görə, hazırda məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur və bu məsələni beynəlxalq gündəliyə qaytarmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi