Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü Dünyada pandemiya qurbanlarının sayı 60 123 nəfərə yüksəlib.
Digər ölkələr
4 Aprel , 2020 14:17
Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü

Dünyada pandemiya qurbanlarının sayı 60 123 nəfərə yüksəlib.

“Report” "Worldometers"ə istinadən xəbər verir ki, qeydə alınmış koronavirusa yoluxma hallarının da sayı artıb.

Belə ki, dünyada qeydə alınmış yoluxmaların sayı 1 130 547 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək 443 nəfərdə koronavirus aşkarlanıb. Yoluxanların 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi