Dünyada koronavirusdan ölənlərin sayı 200 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 200 mini ötdü Dünyada koronavirusa yoluxma hallarının sayı 2 884 649-a çatıb.
Digər ölkələr
466
25 Aprel , 2020 21:29
Dünyada koronavirusdan ölənlərin sayı 200 mini ötdü

Dünyada koronavirusa yoluxma hallarının sayı 2 884 649-a çatıb.

“Report” xəbər verir ki, dünyada 200 824 insan COVID-19 pandemiyasının qurbanı olub.

Qeyd edilir ki, virusa yoluxan 823 461 nəfər müalicə alaraq sağalıb.

Ən çox yoluxma halları ABŞ (941 478), İspaniya (223 759) və İtaliyada (195 351) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi