Çinin hüdudlarından kənarda 46 ölkədə koronavirusa yoluxanların sayı 3 644 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabat məlumatında bildirilir.
Qeyd olunub ki, Çinin materik hissəsində yeni koronavirusa yoluxanların sayı 78 630 nəfər təşkil edir. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 2 747-dir.
Dünyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı isə 82 294 nəfərdir.