Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb.
“Report” xəbər verir ki, indiyədək 3 401 351 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ (1 103 781), İspaniya (215 216) və İtaliyada (207 428) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 122 392 nəfər yoluxub, 3 258 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 95 646-dır. Son məlumata görə, bu ölkədə 6 091 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, mayın 1-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 854-dür. İndiyədək ölkəmizdə 25 nəfər virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.