Dünyada ilk dəfə insanın hepatit E siçan virusuna yoluxma halı qeydə alınıb
Digər ölkələr
- 29 sentyabr, 2018
- 19:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 sentyabr. REPORT.AZ/ Honkonq Universitetinin alimləri dünyada ilk dəfə insana hepatit E siçan virusu diaqnozu qoyublar.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilir ki, əvvəllər insanların bu virusa siçan tərəfindən yoluxma halı qeydə alınmayıb. Virusa yoluxan şəxs 56 yaşlı kişidir. Əvvəllər ona qaraciyər köçürülüb. Onun analizləri daxili orqanlarının anomal funksiyalarını göstərib. Sonrakı tədqiqatlar həmin şəxsdə hepatit E siçan virusunu aşkar edib.
Alimlər güman edirlər ki, o, siçan peyininin olduğu qidanın qəbulundan sonra bu virusa yoluxub. Zərərçəkən hazırda antivirus müalicəsi alır, xəstənin vəziyyəti sabitdir.
Son xəbərlər
12:02
Azərbaycanda aqrar sektor 1 %-dən çox artıb
ASK
12:01
"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb
Futbol
11:58
Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edib
Milli Məclis
11:55
Milli Məclisdə Azərbaycançılıq İnstitutunun yaradılması təklif edilib
Daxili siyasət
11:55
Foto
"Gəncə Open - 2026" beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib
Fərdi
11:53
Rizvan Nəbiyev: Azərbaycan yaxın iki ildə çoxtərəfli diplomatiyanın fəal iştirakçısı olacaq
Milli Məclis
11:52
Eynar Abdullayev: "AzQR ilə Türk QR-ın bir-birilə əlaqələndirilməsi araşdırılıb"
Maliyyə
11:50
Laos Prezidenti: 44 il əvvəl olduğum Bakını çətinliklə tanıdım
Xarici siyasət
11:49
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət