Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb Dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a yoluxanların ümumi sayı 11 031&905 nəfərə çatıb.
Digər ölkələr
248
4 İyul , 2020 03:13
Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a yoluxanların ümumi sayı 11 031 905 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın yerli və federal hakimiyyət orqanlarının, KİV-in, habelə dünya ölkələrinin açıq informasiya mənbələri, statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, koronavirusun qeydə alındığı 213 ölkədə və bölgədə təhlükəli infeksiyadan ölənlərin ümumi sayı 523 777 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində dünyada virusa yoluxmuş 5 834 337 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.