Dünya İqtisadi Forumunun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini dərc edib

Digər ölkələr
  • 14 aprel, 2017
  • 07:10
Dünya İqtisadi Forumunun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini dərc edib

Bakı. 14 aprel. REPORT.AZ/ Dünya İqtisadi Forumunun (DİF) ekspertləri 2017-ci ildə təhlükəsizlik baxımından 136 ölkənin yer aldığı reytinq dərc edib.

"Report" xəbər verir ki, Azərbaycan sıralamada 35-ci yeri tutub.

DİF reytinqinin ilk pilləsində Finlandiya qərarlaşıb. Onu Birləşmiş Ərəb Əmirlikləri və İslandiya izləyir.

Bu siyahıda Rusiya 109-cu yeri tutub.

Siyahını Yəmən və Kolumbiya qapayır.

Qeyd edək ki, reytinqin tərtib ediıməsi zamanı ekspertlər hərbi münaqişənin olması, cinayət və terrorizm ilə bağlı vəziyyət kimi amilləri əldə əsas tutublar.