Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb

Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Amerikalı diplomat Madaqaskarın paytaxtı Antananarivudakı evində ölü tapılıb. Hadisənin detalları açıqlanmır, lakin ölkənin hüquq-mühafizə orqanları onun ölümündə şübhəli bilinən şəxsi tutublar.
Digər ölkələr
25 Sentyabr , 2018 06:58
Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Amerikalı diplomat Madaqaskarın paytaxtı Antananarivudakı evində ölü tapılıb. Hadisənin detalları açıqlanmır, lakin ölkənin hüquq-mühafizə orqanları onun ölümündə şübhəli bilinən şəxsi tutublar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin bazar günü yayılan bəyanatında deyilir.

"Biz çox böyük təəssüf hissi ilə təsdiq edirik ki, ABŞ Dövlət Departamentinin əməkdaşı sentyabrın 21-nə keçən gecə öz evində ölü tapılıb", - deyə o bildirib.

Noyertin sözlərinə görə, ABŞ hökuməti hazırda yerli hüquq-mühafizə orqanları ilə birgə təhqiqat aparır və bir şübhəli şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi