Dövlət Departamenti Tayvana 430 milyon dollarlıq aviasiya hissələrinin mümkün satışını təsdiqləyib

Dövlət Departamenti Tayvana 430 milyon dollarlıq aviasiya hissələrinin mümkün satışını təsdiqləyib Dövlət Departamenti Tayvana təxminən 430 milyon dollar dəyərində aviasiya hissələri və digər avadanlıqların mümkün satışını təsdiqləyib.
Digər ölkələr
7 Dekabr , 2022 08:49
Dövlət Departamenti Tayvana 430 milyon dollarlıq aviasiya hissələrinin mümkün satışını təsdiqləyib

Dövlət Departamenti Tayvana təxminən 430 milyon dollar dəyərində aviasiya hissələri və digər avadanlıqların mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi yanında Təhlükəsizlik səhəsində əməkdaşlıq agentliyi bildirib.

Açıqlamaya görə, ABŞ Xarici İşlər Nazirliyi “standart aviasiya hissələrinin və əlaqəli avadanlıqların təxminən 330 milyon dollara mümkün satışını” təsdiqləyib. Başqa bir sənəddə qeyd olunub ki, “qeyri-standart hissələrin... və müvafiq avadanlıqların təxminən 98 milyon dollara” potensial satışına da icazə verilir.

Qeyd edək ki, Təhlükəsizlik səhəsində əməkdaşlıq agentliyi hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Son xəbərlər

Orphus sistemi