Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb "Bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır"
Digər ölkələr
20 Aprel , 2018 22:22
Dövlət Departamenti Rusiya, İran və Çini qeyri-sabitlik ölkələri adlandırıb

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiya, Çin, İran və Şimali Koreya "qeyri-sabitlik qüvvələridirlər", bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatına istinadən AFP məlumat yayıb.

"Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri, məsələn, gündəlik olaraq öz hüdudları daxilində insan haqlarını pozurlar və nəticədə qeyri-stabillik qüvvələrinə çevrilirlər", - deyə dövlət katibi vəzifələrinin icraçısı Con Sallivan bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət orqanları təhlükəsizliyi qoruyub saxlaya və vətəndaşların əsas ehtiyaclarını təmin edə bilmirlər, bəziləri isə bunu istəmirlər.

Son xəbərlər

Orphus sistemi