Dövlət Departamenti amerikalıları Venesuelanı tərk etməyə çağırıb

Dövlət Departamenti amerikalıları Venesuelanı tərk etməyə çağırıb Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.
Digər ölkələr
15 Mart , 2019 00:42
Dövlət Departamenti amerikalıları Venesuelanı tərk etməyə çağırıb

Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, məlumata görə, amerikalılar ABŞ diplomatları respublika ərazisini tərk etdikləri üçün Venesueladan getməlidirlər.

O həmçinin əlavə edib ki, indi Amerika diplomatik nümayəndəliyi Venesueladakı ABŞ vətəndaşlarına konsulluq dəstəyi göstərə bilməyəcək.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelada olan bütün amerikalı diplomatların Bolivar Respublikası ərazisini tərk etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi