Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir
Digər ölkələr
- 20 fevral, 2019
- 01:48
Bakı. 20 fevral. REPORT.AZ/ ABŞ hökuməti Suriyanı parçalamaq istəmir.
“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladino Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına cavab olaraq deyib.
"Xarici işlər nazirinin bəyanatları barədə onu deyə bilərəm ki, bu, ABŞ siyasətinin düzgün təsviri deyil. Biz Suriyanın toxunulmazlıq və ərazi bütövlüyünü dəstəkləyirik", - deyə RİA "Novosti" Palladinonun sözlərini sitat gətirib.
O həmçinin qeyd edib ki, Vaşinqton üçün BMT-nin himayəsi altında Suriya ilə bağlı məsələnin yalnız siyasi yolla həlli məqbuldur.
Daha əvvəl Lavrov qeyd edib ki, ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fərat çayının şərq sahilində daxili dövlət yaratmaqdır.
Son xəbərlər
02:42
Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları güllələnib
Region02:10
Rusiyanın dövlət borcu 431,8 milyard dollara çatıb
Region01:33
ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir
Digər ölkələr01:24
Foto
FIFA AFFA-ya təşəkkür edib
Futbol01:10
KİV: İordaniya Kralı Netanyahu ilə görüşdən imtina edib
Digər ölkələr00:45
BMT: Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb
Region00:13
Avropa İttifaqının yanacaq xərcləri 13 milyard avro artıb
Energetika00:00
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Daxili siyasət23:51