"Dorian" qasırğası ABŞ-da beş nəfərin ölümünə səbəb olub

Digər ölkələr
  • 06 sentyabr, 2019
  • 04:29
Dorian qasırğası ABŞ-da beş nəfərin ölümünə səbəb olub

ABŞ-ın Şimal Karolina ştatının sahilləri yaxınlığında tüğyan edən "Dorian" qasırğası beş nəfərin ölümünə səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.

Telekanal məlumatına görə, Floridada müxtəlif səbəblərdən üç nəfər həlak olub. Daha və iki nəfər isə Şimal Karolinada təbii hadisənin qurbanı olub.

ABŞ-ın Qasırğaları Müşahidələri üzrə Milli Mərkəzinin son məlumatına görə, "Dorian" hazırda Uilminqton şəhərindən (Şimal Karolina ştatı-red) 60 kilometr cənub-şərqdədir və saniyədə 5,9 metr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Atmosfer hadisəsinin daxilində küləyin maksimal sürəti təxminən saniyədə 44 metr təşkil edir. 

Qeyd edək ki, Baham adalarında da "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.