Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı
Digər ölkələr
- 05 mart, 2020
- 12:58
Yunanıstan, Kanada, Səudiyyə Ərəbistanı və Sinqapurda koronavirus daşıyıcılarının sayı artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan 21, Kanadada 1, Səudiyyə Ərəbistanında 3, Sinqapurda isə 5 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
Bununla da virusa yoluxma hallarının sayı Yunanıstanda 31, Kanadada 35, Səudiyyə Ərəbistanında 5, Sinqapurda isə 117-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 621-ə çatıb. Bunların 53 952 nəfəri sağalıb, 3 310 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Son xəbərlər
10:39
Səhiyyə naziri: Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb
Sağlamlıq10:30
Teymur Musayev: Səhiyyə sahəsində mərhələli şəkildə islahatlar aparılır
Sağlamlıq10:30
Polşa hərbi təyyarələri Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda havaya qaldırılıb
Digər ölkələr10:29
Bakıda yıxılaraq başından xəsarət alan kişi ölüb
Hadisə10:29
Bakıda tikinti şirkətində işləyən şəxsin üzərinə elektrik barabanı düşərək ölüb
Hadisə10:27
Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib
Maliyyə10:25
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Maliyyə10:23
Azərbaycanın bank sektorunun xalis mənfəəti 13 %-ə yaxın artıb
Maliyyə10:23