Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu bazar günü "Fox News" telekanalına müsahibəsində deyib.
"Yaxşı işlədiyimi düşünürəm…Mən özümə belə qiymət verərdim… Qulaq asın, mən buna dözə bilmərəm, ancaq mən bunu edəcəyəm. Mən özümə "5+" verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm özümə?" — deyə o bildirib.
Prezident deyib ki, onun dövründə ABŞ iqtisadiyyatı çiçəklənir və əgar o olmasaydı, ölkə yəqin ki, artıq Şimali Koreya ilə müharibə aparırdı.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da ölkədə keçirilmiş aralıq seçkilərin ilkin nəticələrini şərh edib.