Donald Tramp: "Səudiyyə Ərəbistanı Yəməndə silahdan yanlış istifadə edir"
Digər ölkələr
- 05 noyabr, 2018
- 03:25
Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Səudiyyə Ərəbistanının başçıqlıq etdiyi koalisiya tərəfindən Yəməndə uşaqlarla dolu avtobusun atəşə tutulmasını kəskin şəkildə şərh edərək, baş vermiş hadisəni faciə adlandırıb.
"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində bildirib.
"Uşaqlarla dolu avtobusla bağlı baş verən hadisə dəhşətlidir... Səudiyyə Ərəbistanının əsgərləri sadəcə silahdan necə istifadə etməyi bilmirlər. Mən uşaqlarla dolu avtobusu atəşə tutaraq silahdan istifadə etməyi bacarmayan insanları orduda saxlamazdım ", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, avqustda Yəməndə avtobusa endirilmiş hava zərbəsi nəticəsində 51 insan həlak olub. Onlardan 41-i uşaq idi.
Son xəbərlər
07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Digər ölkələr07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
Daxili siyasət06:35
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Elm və təhsil06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26