Donald Tramp Rusiya və Çin rəhbərləri ilə münasibətlərindən danışıb

Donald Tramp Rusiya və Çin rəhbərləri ilə münasibətlərindən danışıb Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Çzinpinlə münasibətlərindən danışıb.
Digər ölkələr
8 Noyabr , 2018 04:35
Donald Tramp Rusiya və Çin rəhbərləri ilə münasibətlərindən danışıb

Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Çzinpinlə münasibətlərindən danışıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bəhs edib.

Donald Tramp ilk öncə bildirib ki, o, So Çzinpini çox yaxşı tanıyır. Buna baxmayaraq, hər iki liderlə xoş münasibətləri yaranıb.

"Mənim onların hər ikisi ilə münasibətim yaxşıdır. Sədr Sini (Çzinpini) əla tanıyıram, amma hesab edirəm ki, onların hər ikisi ilə yaxşı münasibətlər yaranıb", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin xatırladıb ki, Helsinkidə onun Putinlə çox yaxşı görüşü keçirilib. ABŞ və Rusiya prezidentlərinin görüşü iyulun 16-da Helsinkidə baş tutub. 

Son xəbərlər

Orphus sistemi