Donald Tramp qızının Dünya Bankının prezidenti olmasına çalışıb

Donald Tramp qızının Dünya Bankının prezidenti olmasına çalışıb Donald Tramp ABŞ Prezidentinin müşaviri vəzifəsində işləyən qızı İvankanı əvvəllər Dünya Bankının rəhbəri vəzifəsinə təyin etdirmək istəyirmiş.
Digər ölkələr
12 Aprel , 2019 19:51
Donald Tramp qızının Dünya Bankının prezidenti olmasına çalışıb

Donald Tramp ABŞ Prezidentinin müşaviri vəzifəsində işləyən qızı İvankanı əvvəllər Dünya Bankının rəhbəri vəzifəsinə təyin etdirmək istəyirmiş.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “The Atlantic”ə müsahibəsində bütün övladlarını, xüsusilə də tez-tez siyasi görüşlərdə iştirak edən böyük oğlu kiçik Donald Trampı tərifləyən dövlət başçısı qızını anadangəlmə diplomat kimi qələmə verərək BMT-də böyük işlər görə biləcəyini qeyd edib.

Bununla yanaşı, İvankanın rəqəmlərdən yaxşı baş çıxartdığını qeyd edən D.Tramp onun Dünya Bankı rəhbərliyinə gətirilməsi niyyətini gizlətməyib.

Son xəbərlər

Orphus sistemi