Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Pittsburqda 11 nəfərin güllələndiyi sinaqoqa baş çəkib.
"Report" xəbər verir ki, bu barədə TASS prezidenti müşayiət edən jurnalistlərə istinadən məlumat yayıb.
Bildirilir ki, səfərdə prezidenti birinci xanım Melanya Tramp, dövlət başçısının qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, həmçinin Pittsburqun ravvini Cefri Mayers və maliyyə naziri Stiven Mnuçin müşayiət ediblər. Dövlət başçısı və ailə üzvləri sinaqoqun divarları yaxınlığında şamlar yandırıblar və həlak olanların xatirəsinə ağ güllər qoyublar.
Oktyabrın 27-də ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqda atışma nəticəsində 11 nəfər öldürülüb. Atışma nəticəsində 6 nəfər yaralanıb ki, onlardan da 4-ü polis əməkdaşlarıdır.