Donald Tramp Kim Çen Inla görüşü nəzərdə tutur

Donald Tramp Kim Çen Inla görüşü nəzərdə tutur ABŞ prezidenti Donald Tramp bildirib ki, bazar günü Şimali Koreya lideri Kim Çen Inla görüşün olacağına ümid edir.
Digər ölkələr
30 İyun , 2019 06:38
Donald Tramp Kim Çen Inla görüşü nəzərdə tutur

ABŞ prezidenti Donald Tramp bildirib ki, bazar günü Şimali Koreya lideri Kim Çen Inla görüşün olacağına ümid edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ telekanalları bildirib.

"Mən hərbsizləşdirilmiş zonaya gedirəm və anladığım qədər onlar görüşmək istəyirlər, mən isə salamlaşmaq istəyərdim. Bu çox qısa olacaq", - deyə Tramp Cənubi Koreyadan olan biznesmenlər qrupu qarşısındakı çıxışında deyib.

Daha əvvəl ABŞ prezidenti Kim Çen Ina qısa görüş təklif edib. Trampın rəsmi proqramı Ağ Ev rəhbərinin hərbsizləşdirilmiş zonada təxminən 15 dəqiqə olması nəzərdə tutulub.

"Biz danışaraq heç nə itirmirik", - Tramp əlavə edib.

Onun sözlərinə görə, görüş hələ qəti müəyyən edilməyib. "Baxaq, nə olacaq, hələ heç nə qəti deyil", - Tramp deyib.

Daha əvvəl Ağ Evdən bildirilib ki, ABŞ prezidentinin səfər qrafikində KXDR lideri Kim Çen Inla görüş nəzərdə tutulmayıb. 

Son xəbərlər

Orphus sistemi