Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Şimali Koreya lideri Kim Çen Ina etibar edir.
"Report" xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində deyib.
"Bəli, mən ona etibar edirəm. Bu o demək deyil ki, mən səhv edə bilmərəm", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Telekanalın aparıcısı Trampa onun Kim Çen Inın ünvanına repressiyalar və işçi qüvvəsindən icbari istifadə ilə bağlı ittihamlarını xatırladıb.
"Mən bu şeylər haqqında məlumatlıyam, mən uşaq deyiləm", - deyəTramp vurğulayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, onunla Kim Çen Ina rasında əlaqənin mövcudluğu onsuz da müsbət amildir.
ABŞ prezidenti Şimali Koreya lideri ilə Sinqapurda iyunda görüşüb. Tərəflər görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Qeyd edək ki, Ağ Ev rəhbəri Kim Çen Inla Amerikada keçiriləcək aralıq seçkilərdən sonra görüşmək niyyətindədir