Donald Tramp "erməni soyqırımı" ifadəsini işlətməyib

Donald Tramp "erməni soyqırımı" ifadəsini işlətməyib O, Barak Obama kimi 1915-ci il hadisələrini "böyük fəlakət" adlandırıb
Digər ölkələr
24 Aprel , 2017 19:05
Donald Tramp erməni soyqırımı ifadəsini işlətməyib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp aprelin 24-də verdiyi bəyanatda "erməni soyqırımı" ifadəsini işlətməyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, D.Tramp sələfi Barak Obama kimi 1915-ci il hadisələrini sadəcə olaraq "böyük fəlakət" adlandırıb. 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının 83 üzvü D.Trampa məktub ünvanlayaraq 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımasını istəmişdi. Məktubda ABŞ prezidenti Ronald Reyqanın 1981-ci ildə "erməni soyqırımı" ifadəsini işlətdiyi xatırladılıb. Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasından olanların sayı 10-dan az olub. 

Son xəbərlər

Orphus sistemi