Donald Tramp Davosa gəlib

Donald Tramp Davosa gəlib Tramp Bill Klintondan sonra Davosda iştirak edən ilk ABŞ prezidenti olacaq
Digər ölkələr
25 Yanvar , 2018 14:23
Donald Tramp Davosa gəlib
AP

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

ABŞ prezidentinin forumda ABŞ və müttəfiqləri arasında daha ədalətli qarşılıqlı ticarət olmasını tələb edəcəyi ehtimal edilir.

Qeyd edək ki, D.Tramp 2000-ci ildə Davosa qatılan Bill Klintondan sonra Davos Forumunda iştirak edəcək ilk ABŞ prezidenti olacaq.

Son xəbərlər

Orphus sistemi