"Böyük Britaniyadakı erkən parlament seçkilərində Mühafizəkarlar Partiyasının qələbəsi “Brexit”dən sonra bu ölkə ilə ABŞ arasında yeni “böyük ticarət sövdələşməsi”nin imzalanması üçün şərait yaradır".
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazı paylaşıb: “Boris Consona böyük qələbəsi münasibətilə təbrik edirəm. İndi Britaniya ilə Birləşmiş Ştatlar "Brexit"dən sonra böyük yeni ticarət sövdələşməsinə getmək üçün sərbəst olacaqlar. Bu sövdələşmə
Qeyd edək ki, seçkilərdə 650 dairədən 634-də səsvermənin nəticələri bəlli olub. Belə ki, mühafizəkarlar parlamentdə 364 mandat, leyboristlər 203 mandat, Skott Milli Partiyası 48 mandat, Liberal Demokrat Partiyası 11 mandat təmin ediblər.