Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edə bilər

Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edə bilər Hazırda Kreml ilə Tramp komandası arasında "heç bir ciddi əlaqə" yoxdur
Digər ölkələr
17 Noyabr , 2016 03:51
Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edə bilər

Bakı. 17 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın Respublikaçılar Partiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən "İzvestiya" qəzeti məlumat yayıb.

"Komanda daxilində bir neçə müşavirədən sonra səfəri yubatmaq qərara alındı. O, Trampın artıq prezident postuna keçməsindən sonra hazırlanacaq", — deyə mənbə bildirib.

Nəşr yazır ki, Amerikanın "The National Interest" jurnalının naşiri Dmitri Saymsın fikrincə, Trampın andiçmə mərasimindən əvvəl Rusiyaya səfəri "hazırkı siyasətin pozulması" və "Barak Obama administrasiyasının arxasından" beynəlxalq danışıqlar aparmağa cəhd kimi qiymətləndirilə bilər.

Mənbənin sözlərinə görə, ABŞ-ın yeni seçilən prezidenti Rusiyanın Suriyada hərbi əməliyyatları bərpa etməsindən xəbərsiz olub. O bildirib ki, hazırda Kreml ilə Tramp komandası arasında "heç bir ciddi əlaqə" yoxdur.

Son xəbərlər

Orphus sistemi