Donald Tramp: "ABŞ Yaxın Şərqdən qoşunlarını çıxara bilər"
Digər ölkələr
- 28 noyabr, 2018
- 06:43
Bakı. 28 noyabr. REPORT.AZ/ Prezident Donald Tramp neftin qiyməti azaldıqca ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağın mümkünlüyünü nəzərdən keçirir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti "The Washington Post"a müsahibəsində bildirib.
"Neft artıq ABŞ qoşunlarının Yaxın Şərqdəki varlığında getdikcə daha kiçik səbəbə çevrilir. Çünki hazırda hər zamankından daha çox neft hasil edirik. Amma bilirsiniz, qəfildən elə an gəlir ki, artıq orada qalmağa lüzum olmur", - D.Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə qalmasının səbəblərindən biri də tərəfdaşı İsrailin maraqlarını müdafiə etməkdir.
Xatırladaq ki, ABŞ qoşunları 2003-cü ildən İraqda əməliyyatlar aparır, 2014-cü ildən etibarən isə Suriyaya göndərilib.
Son xəbərlər
01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02
SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Region00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Hadisə23:54
Əraqçi BMT rəsmisi ilə görüşdə ABŞ-nin son hücumlarını pisləyib
Region23:47
Foto
Azərbaycan güləşçisi Yusif Dursunov Avropa çempionu olub
Fərdi23:32
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisi alışıb
Hadisə23:26