ABŞ prezidenti Donald Tramp söz verib ki, tezliklə Birləşmiş Ştatların astronavtları Marsa enəcək və ölkənin bayrağını bu planetdə ucaldacaqlar.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, Ağ Ev rəhbəri bu fikirlərini ölkənin Müstəqillik Günü ilə bağlı Avram Linkolnun xatirə kompleksinin qarşısındakı çıxışında bildirib. Dövlət başçısı bildirib ki, ABŞ mütləq həmin planetdə öz izini bayraq formasında qoyacaq.
O, Amerika astronavtlarının Yerin təbii peykinə də uçuşlar təşkil edəcəklərini deyib. “Mən istəyirəm siz biləsiniz ki, biz tezliklə Aya qayıdacağıq, - deyə Tramp qeyd edib.
Daha əvvəl məlum olub ki, Donald Tramp Əfqanıstandan qoşunların çıxarılmasından sonra kəşfiyyat qrupunu bu ölkədə saxlamaq niyyətindədir.