Dominikan Respublikasının cənubunda baş vermiş yol qəzasında 9 nəfər ölüb

Dominikan Respublikasının cənubunda baş vermiş yol qəzasında 9 nəfər ölüb Dominikan Respublikasının cənubunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub.
Digər ölkələr
30 Noyabr , 2023 05:22
Dominikan Respublikasının cənubunda baş vermiş yol qəzasında 9 nəfər ölüb

Dominikan Respublikasının cənubunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “Hoy” qəzeti məlumat yayıb.

Hadisə San-Kristobal əyalətinin Ayna bələdiyyəsində baş verib. Azı 17 nəfərin yaralandığı qeyd edilir.

Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Zərərçəkənlər arasında iki azyaşlı da var.

Son xəbərlər

Orphus sistemi