Yuxarı

Böyük Britaniyanın baş naziri istefa verəcəyini açıqlayıb

Devid Kemeron: Referendumun nəticələri britaniyalıların həyatına köklü dəyişikliklər gətirməyəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron üç ay sonra istefa verəcəyini açıqlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, ölkənin Avropa İttifaqından çıxmasıyla bağlı referendumun nəticələrinin elan olunmasından sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu söyləyib.

D.Kemeron həmçinin referendumun nəticələrinin britaniyalıların həyatına köklü dəyişikliklər gətirməyəcəyini bildirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi