“Deutsche Bank”ın mənzil-qərargahında axtarış keçirilib
- 18 oktyabr, 2022
- 19:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın hüquq-mühafizə orqanları bu gün “Deutsche Bank”ın Frankfurt-Maynda yerləşən mənzil-qərargahında vergidən yayınma işi ilə bağlı axtarışlar aparıb.
“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyatda prokurorlar, vergi müfəttişləri, polis - ümumilikdə 114 nəfər iştirak edib.
Qeyd olunur ki, şübhəlilərin şəxsi mənzillərində də axtarışlar aparılıb. Axtarışlar artıq 5 ilə yaxındır ümumilikdə 80 nəfərin cəlb edildiyi istintaqla bağlıdır. İstintaqı Köln prokurorluğu aparır.
Bankdan verilən rəsmi açıqlamada 2017-ci ildən - istintaq başlayandan bəri bank tam şəkildə istintaqla əməkdaşlıq edir.
Qeyd edək ki, istintaq fırıldaqçıların vergilərin qaytarılması sxemindən istifadə edərək qeyri-qanuni yolla pul vəsaitləri aldığı “Cum-Ex” vergi sxemləri ilə bağlıdır.