Detroytda güclü yanğın səbəbiylə avtobus terminalının tavanı çöküb, avtobuslar alışıb yanır

Detroytda güclü yanğın səbəbiylə avtobus terminalının tavanı çöküb, avtobuslar alışıb yanır Bəzi məlumatlara görə, yanğından əvvəl partlayış səsi eşidilib
Digər ölkələr
13 Yanvar , 2017 13:51
Detroytda güclü yanğın səbəbiylə avtobus terminalının tavanı çöküb, avtobuslar alışıb yanır

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində güclü yanğın səbəbiylə avtobus terminalının tavanı çöküb, avtobuslar alışıb yanır.

Bu barədə "Report" ABŞ KİV-inə istinadən xəbər verir.

Yanğın yerli vaxtla gecə saatlarında avtobus parkının ərazisində başlayıb. Bəzi məlumatlara görə, yanğından əvvəl partlayış səsi eşidilib.

Hadisə yerində dörd avtobus yanır. Yanğınsöndürmə xidməti olay yerinə aparan yolları bağlayıb.

Son xəbərlər

Orphus sistemi