Danimarkada yeni hökumətə Mette Frederiksen başçılıq edəcək

Digər ölkələr
  • 06 iyun, 2019
  • 02:51
Danimarkada yeni hökumətə Mette Frederiksen başçılıq edəcək

Danimarkada keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası qalib gəlib.

Bu barədə "Report" AFP-yə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu siyasi təşkilata seçicilərin 25,9%-i səs verib.

Səsvermələrin nəticələrinə əsasən ikinci yerdə Liberal Partiyası qərarlaşıb. Ölkə seçicilərinin 23,4%-i ona səs verib.

Danimarkanın baş naziri Lars Lyokke Rasmussen parlament seçkilərində özünün partiya ittifaqının məğlubiyyətini etiraf edib.

Gözlənildiyi kimi, ölkənin yeni hökumətinə Sosial Demokrat partiyasının lideri Mette Frederiksen başçılıq edəcək.