Danimarkda terror aktı, ölənlər və yaralılar var

Danimarkda terror aktı, ölənlər və yaralılar var Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Erestad rayonunda yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib.
Digər ölkələr
4 İyul , 2022 00:15
Danimarkda terror aktı, ölənlər və yaralılar var

Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır. Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.

2022-07-03 21:43

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Erestad rayonunda yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib.

Bu barədə “Report” Danimarka polisinin tviter hesabına istinadən xəbər verir.

Polisin yaydığı məlumata əsasən, atışma nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.

Eyni zamanda ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları barədə çağırış edilib.

Son xəbərlər

Orphus sistemi