Daha 3 ölkədə koronavirus aşkarlandı

Digər ölkələr
  • 28 fevral, 2020
  • 05:27
Daha 3 ölkədə koronavirus aşkarlandı
google.az

Daha bir neçə ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

"Report" xəbər verir ki, üç ölkədə - Litva, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.

Məlumata görə, Yeni Zelandiyada koronavirusa yoluxmuş şəxs 60 yaşlı qadındır. O, daha öncə İrana səfər edib. 

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.