Culian Assanjın Ekvadorun Londondakı səfirliyinə sığınmasının beş ili tamam olub

Culian Assanjın Ekvadorun Londondakı səfirliyinə sığınmasının beş ili tamam olub O, səfirlik binasını tərk edəcəyi təqdirdə London polisi tərəfindən həbs ediləcək
Digər ölkələr
19 İyun , 2017 11:02
Culian Assanjın Ekvadorun Londondakı səfirliyinə sığınmasının beş ili tamam olub

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün məşhur "Wikileaks"in təsisçisi Culian Assanjın ekstradisiya və həbs edilməsinin qarşısını almaq məqsədilə Ekvadorun Londondakı səfirliyindən siyasi sığınacaq almasının beş ili tamam olur.

"Report" xəbər verir ki, 2010-cu ilin yayında İsveçdə iki qadının Assanjın Stokholmda olduğu zaman onun tərəfindən cinsi təcavüzə məruz qalması ilə əlaqədar polisə müraciəti əsasında "Wikileaks"in təsisçisinə qarşı istintaq başlanılıb. Daha sonra İsveç hüquq-mühafizə orqanları fəalın həbsi üçün order verib.

C.Assanj 2012-ci ildə "Wikileaks"dəki fəaliyyəti ilə əlaqədar İsveç hökumətinin onu ABŞ-a ekstradisiya edəcəyindən çəkinərək Ekvador hökumətinə siyasi sığınacaq verilməsi üçün müraciət edib. İyunun 19-da Ekvadorun Londondakı səfirliyi ona binasında qeyri-müəyyən müddət qalmaq üçün sığınacaq verib.

Bu il mayın 19-da İsveç prokurorluğu Assanj işi üzrə araşdırmanı dayandırıb. Lakin London polisi səfirliyin binasını tərk edəcəyi təqdirdə onu həbs edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi