Conson: “Britaniyada pandemiyanın ikinci dalğası qaçılmazdır”

Conson: “Britaniyada pandemiyanın ikinci dalğası qaçılmazdır” Böyük Britaniyada koronavirus pandemiyasının ikinci dalğası artıq qaçılmazdır.
Digər ölkələr
553
18 Sentyabr , 2020 23:19
Conson: “Britaniyada pandemiyanın ikinci dalğası qaçılmazdır”
Boris Conson

Böyük Britaniyada koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Boris Conson bildirib.

"İndi biz ikinci dalğanın hücumunu görürük. Bunu Fransada, İspaniya, bütün Avropa üzrə gördük. Bunu ölkəmizdə müşahidə etməyimiz tamamilə qaçılmazdır", - Conson deyib.

Hökumət başçısı vurğulayıb ki, onun kabineti vəziyyəti diqqətlə izləyir və infeksiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirləri qəbul etməyə hazırdır.

Conson təkrarlayıb ki, ikinci ümummilli karantinin tətbiqindən qaçmaq istərdi. Onun sözlərinə görə, hökumət əksəriyyəti normal rejimdə işləyən məktəblərin bağlanmasından, həmçinin Britaniyada iqtisadiyyata mənfi təsir göstərəcək digər tədbirlərdən qaçmağa çalışır.

"Ancaq bu yalnız insanların bizim göstərişlərimizə əməl edəcəkləri təqdirdə alınacaq", - Conson vurğulayıb.

Qeyd edək ki, gələn həftənin bazar ertəsindən ölkədə altı nəfərdən çox şəxsin qrup formasında toplaşması qadağandır.

Son xəbərlər

Orphus sistemi