Yuxarı

Con Kerrinin Kuba səfəri ləğv edilib

Tərəflərin əsasən insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerrinin mart ayına nəzərdə tutulan Kuba səfəri ləğv edilib.

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, səfər çərçivəsində tərəflərin əsasən insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi. Səfərin ləğv edilməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Con Kerri ötən il avqust ayında Kubada ABŞ səfirliyinin açılması mərasimində iştirak etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu ay Kubaya səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi