Yuxarı

Con Kerri: "ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir"

Biz vahid Suriya tərəfdarıyıq

Bakı. 27 avqust. REPORT.AZ/ Birləşmiş Ştatlar vahid Suriyanın qorunub saxlanması mövqeyindən çıxış edir və kürdlərin müstəqilliyini dəstəkləmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

"Biz (ABŞ hakimiyyəti. — red) vahid Suriya tərəfdarıyıq. Biz müstəqil kürd təşəbbüsünü dəstəkləmirik. Onlarla və kürd qüvvələrinin bəzi ünsürləri ilə iş olduqca məhdud əsasda aparılıb", — deyə Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununda qeyd edib.

Rusiyanın XİN rəhbəri öz növbəsində bildirib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olaraq qalmalıdırlar.

"Biz amerikalı həmkarlarımız ilə bütün Suriya tərəflərinin iştirak etməli olduğu siyasi prosesin təcili başlanmasının vacibliyini təsdiq etmişik. Kürdlər bu prosesdə tam şəkildə təmsil olunmalıdırlar, onlar Suriya dövlətinin və problemin həllinin bir hissəsi olaraq qalmalıdırlar", — deyə Lavrov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi