"Prezident Donald Trampın impiçmenti ilə bağlı ifadə vermək üçün Senatdan çağırış gəlsə də, ifadə verməyəcəyəm".
“Report” xəbər verir ki, bunu “The Des Moines Register” nəşrinə müsahibəsində ABŞ-ın sabiq vitse-prezidenti, qarşıdakı seçkilərdə Demokratlar Partiyasının prezidentliyə əsas namizədlərindən biri və hazırkı prezidentin əsas rəqibi sayılan Co Bayden deyib.
O bildirib ki, ifadə verəcəyi təqdirdə Donald Tramp ictimaiyyətin diqqətini impiçmentdən yayındıraraq onunla rəqabətə yönəltmək fürsəti əldə edəcək: “Bunu etmək fikrində olmamağımın əsas səbəbi Trampın davranışında, ömürboyu etdiklərindədir. Çünki bu adam həmişə diqqəti özündən yayındırmağa çalışıb”.
C.Bayden həmçinin ona çağırış gəndərməsinin Senat üçün hədsiz riyakarlıq olacağını qeyd edib: “Belə bir şey olacağını güman etmirəm də”.