Çinin XİN başçısı KXDR-ə səfər edəcək

Çinin XİN başçısı KXDR-ə səfər edəcək Bakı. 30 aprel. REPORT.AZ/ Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, ölkənin xarici işlər naziri Van İ Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.
Digər ölkələr
1259
30 Aprel , 2018 06:26
Çinin XİN başçısı KXDR-ə səfər edəcək

Bakı. 30 aprel. REPORT.AZ/ Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, ölkənin xarici işlər naziri Van İ Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, səfər mayın 2-3-də reallaşacaq. "Çinin Xarici İşlər Nazirliyinin rəhbəri Şimali Koreyalı həmkarı Li Yonun dəvəti ilə mayın 2-3-də Koreya Xalq Demokratik Respublikasına səfər edəcək", deyə nazirliyin açıqlamasında bildirilir.

Səfərin təfərrüatları hələlik açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi