Çinin şərqində yedək gəmisinin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub

Çinin şərqində yedək gəmisinin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub 3 nəfəri xilas etmək mümkün olub
Digər ölkələr
17 Yanvar , 2015 13:13
Çinin şərqində yedək gəmisinin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub

Bakı. 17 yanvar. REPORT.AZ/ Çinin şərqində yerləşən Tszyansu əyalətindəki Yantsızı çayında yedək gəmisinin batması nəticəsində 22 nəfər həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, əyalət rəsmilərinin məlumatına görə, xilasedicilər gəminin bütün heyət üzvlərinin cəsədlərini tapıblar. 

Məlumatda qeyd olunub ki, gəminin göyərtəsində olan 8 xarici - Sinqapur, Malayziya, İndoneziya, Hindistan və Yaponiya vətəndaşları həlak olub. 

Hadisə Fubey kanalında 30 metrlik "Wanshenzhou 67" adlı yedək gəmisinin sınaqları zamanı baş verib. 

"Wanshenzhou 67" adlı yedək gəmisi ötən ilin oktyabr ayında Anxoy əyalətindəki  "Bengbu Shenzhou Machinery" maşınqayırma müəssisəsində tikilib. Bir müddət əvvəl KİV-də olan məlumata əsasən, gəminin sınaqları liman orqanları ilə razılaşdırılmadan aparılıb. 

Son xəbərlər

Orphus sistemi