Çində yük maşını qəza törədib, 6 nəfər ölüb

Çində yük maşını qəza törədib, 6 nəfər ölüb Yaralılardan beşinin vəziyyəti ağır kimi qiymətləndirilir
Digər ölkələr
5 Oktyabr , 2020 10:04
Çində yük maşını qəza törədib, 6 nəfər ölüb

Çinin Qansu əyalətində yük maşını kənd təsərrüfatı malları bazarına çarpılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, insident nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə Dinsi şəhər dairəsindəki Çabunjen kəndi ərazisində baş verib. Sürücü hələ müəyyən edilməmiş səbəbdən maşınının idarəetməsini itirib.

Beş nəfər hadisə yerində ölüb, 1-i isə xəstəxanaya aparılarkən keçinib. Yaralılardan 5-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Səlahiyyətli şəxslər hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi