Çində yaşayış binası uçub, ölənlər və yaralananlar var

Çində yaşayış binası uçub, ölənlər və yaralananlar var Çində tikilməkdə olan yaşayış binası uçub.
Digər ölkələr
29 Oktyabr , 2019 05:15
Çində yaşayış binası uçub, ölənlər və yaralananlar var

Çində tikilməkdə olan yaşayış binası uçub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubundakı Quyyan şəhərində baş verib. Hadisə zamanı səkkiz nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Xəsarət alanların dağıntılar altından çıxarılması təxminən 11 saat davam edib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hakimiyyət orqanları hadisənin başvermə səbəblərini aydınlaşdırır. Qeyd edilir ki, bununla bağlı işçi qrup yaradılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi