Yuxarı

​Çində "qırmızı" təhlükə səviyyəsi elan olunub

Ölkədə güclü qasırğa gözlənilir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Çində yaxınlaşmaqda olan "Muçjiqe" qasırğası səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan olunub.

"Report" xəbər verir ki, yaxın saatlarda qasırğa ölkənin şərq regionlarına çatacaq.

Meteoroloqların məlumatına görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 48 metrə çatır.

Çinin təcili xidmət orqanları yüksək hazırlıq səviyyəsinə gətirilib. Təqribən 38,9 min balıqçı gəmisi limanlara qayıdıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi