Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

Digər ölkələr
  • 23 iyul, 2017
  • 18:07
Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

Bakı. 23 iyul. REPORT.AZ/ Pekinin Minyun qəzasında naməlum kişi əlində qayçı ilə betonqarışdırma stansiyasında insanlara hücum edib.

"Report" xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hücumdan sonra həmin şəxs mikroavtobusla hadisə yerindən qaçmaq istəyib. Lakin bu zaman daha 9 şəhərlini vurub, onlardan biri hadisə yerində ölüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

44 filmi