Çində mədəndə partlayış zamanı 14 şaxtaçı həlak olub

Digər ölkələr
  • 17 dekabr, 2019
  • 03:06
Çində mədəndə partlayış zamanı 14 şaxtaçı həlak olub

Çində kömür mədənində partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, hadisə Quyçjou vilayətində, Anlu rayonunda qeydə alınıb. Partlayış zamanı azı 14 şaxtaçı həlak olub. Qeyd edilir ki, daha 2 nəfər yerin altında qalıb.

Hadisə zamanı şaxtada 23 nəfər olub. Onlardan 7-i xilas edilib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə yerinə yerli hakimiyyət orqanlarının, müxtəlif qurumların, həmçinin təcili xidmətlərin əməkdaşları gəlib. Qəzanın səbəbləri araşdırılır.