Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2019-nCoV koronavirusa yoluxanların sayı 5,974 nəfərə çatıb. Dövlət komitəsinin məlumatına görə, virusdan ölənlərin sayı 132 nəfərə çatıb.
Nazirliyin xəbərində qeyd edilir ki, 1239 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, daha 9,2 min nəfərin koronavirusa yoluxduğu ehtimal edilir. Lakin bu diaqnozlar hələ təsdiqlənməyib.
Çində bu virusla bağlı karantində 60 mindən çox insan var.
***03:53
Çində koronavirusdan ölənlərin və yoluxanların sayı artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsi məlumat yayıb.
Məlumata görə koronavirusdan ölənlərin 132 nəfərə çatıb.
Qeyd edilir ki, çərşənbə axşamı səhər virusa yoluxanların sayında da artım qeydə alınıb. Hazırda 5515 nəfər bu virusun daşıyıcısıdır.
Ölkənin habelə daha 7 min sakininin virusa yoluxduğu ehtimal edilir.